Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən indiyədək Rusiya ordusunun canlı qüvvə itkisi təxminən 1 milyon 480 min 750 nəfər təşkil edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada 1 450 rusiyalı hərbçi zərərsizləşdirilib. Həmçinin 10 zirehli döyüş maşını, 9 yerüstü robototexniki kompleks, 74 artilleriya sistemi və digər hərbi texnika məhv edilib.
Ümumilikdə Rusiya tərəfinin itkiləri:
12 300 tank
25 230 zirehli döyüş maşını
48 641 artilleriya sistemi
2 062 reaktiv yaylım atəş sistemi
1 588 hava hücumundan müdafiə sistemi
440 təyyarə
354 helikopter
2 387 yerüstü robototexniki kompleks
481 605 operativ-taktiki PUA
5 052 qanadlı raket
35 gəmi və kater
2 sualtı qayıq
139 754 avtomobil və yanacaq çənləri
4 592 xüsusi texnika
