İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün şimalındakı Kafr Akab ərazisində yerləşən BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) məxsus kompleksin boşaldılmasına başlanıldığını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, İsrail polisi, ordusu və Qüds bələdiyyəsinin əməkdaşları avqustun 25-də kompleksə daxil olaraq onun boşaldılması prosesinə başlayıblar. İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir əməliyyatın UNRWA-nın İsraildə fəaliyyətini qadağan edən qanunun icrası çərçivəsində həyata keçirildiyini bildirib.
İsrail hakimiyyəti UNRWA əməkdaşlarının terror fəaliyyəti ilə əlaqəli olduğunu iddia edir. UNRWA isə bu ittihamları rədd edir. Kompleksdə peşə təhsili mərkəzi, məktəblər və tibbi xidmət obyektləri fəaliyyət göstərirdi.
