33
Ukrayna Qərb ölkələrindən Patriot hava hücumundan müdafiə sistemləri üçün az sayda raket əldə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev həmçinin Crotale hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin gələcək tədarükü ilə bağlı təsdiq alıb. Zelenski AIM raketlərinin də Ukrayna üçün əhəmiyyətli olduğunu qeyd edib.
Prezident Patriot raketlərinin sayını açıqlamayıb, lakin onların az olduğunu və daha çox raketə ehtiyac duyulduğunu bildirib.
