28
Britaniyaya məxsus NATO kəşfiyyat təyyarəsi Norveçin Erland aviabazasından uçuş həyata keçirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu, 1950-ci illərdən bəri bazadan NATO təyyarəsinin ilk uçuşu olub.
Aftenposten qəzetinin məlumatına görə, hadisə avqustun 18 və 20-də baş verib.
RC-135W tipli kəşfiyyat təyyarəsi Norveç Hərbi Hava Qüvvələrinin əsas bazası olan Erlanddan havaya qalxaraq Kola yarımadası yaxınlığında beynəlxalq hava məkanında fəaliyyət göstərib.
