30
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində ölkənin müxtəlif regionları, həmçinin Qara və Azov dənizləri üzərində 148 hava hədəfini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava hədəfləri Belqorod, Bryansk, Voronej, Kursk, Lipetsk və Rostov vilayətləri, Krasnodar diyarı və Krım üzərində, eləcə də Azov və Qara dənizlərin akvatoriyasında vurulub.
