İran hökuməti ABŞ-ın sanksiyaları sərtləşdirəcəyinə və ölkəyə qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyinə əvvəlcədən hazırlaşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.
Onun sözlərinə görə, hökumət ABŞ sanksiyalarına qarşı tədbirlər planını əvvəlcədən hazırlayıb və yeni məhdudiyyətlərə tam hazırdır.
Nazir qeyd edib ki, hökumətin iqtisadiyyatın inkişafı ilə bağlı ikiillik planında mümkün problemlər də nəzərə alınıb.
Mədənizadənin sözlərinə görə, Vaşinqton İran iqtisadiyyatının əsas sahələrinə təzyiq göstərməklə məqsədlərinə nail ola bilməyəcək.
Nazir əlavə edib ki, müharibə sənayeyə, xüsusilə metallurgiya zavodlarının fəaliyyətinə təsir göstərib. Onun sözlərinə görə, zavodların fəaliyyəti bərpa edilib və ölkənin müdafiəsi davam etdirilir.
