Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından ötən müddətdə 1 478 070 rusiyalı hərbçini yaralayıb və ya məhv edib. Son sutka ərzində isə 1 490 rusiyalı hərbçi zərərsizləşdirilib.
Ucnoqta.az bildirir ki, bu barədə avqustun 24-də, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, məlumatlar dəqiqləşdirilir.
24 fevral 2022-ci ildən 24 avqust 2026-cı ilədək Rusiyanın ümumi döyüş itkiləri təxminən belədir:
şəxsi heyət – 1 478 070 nəfər (+1 490);
tanklar – 12 293 ədəd (+1);
zirehli döyüş maşınları – 25 211 ədəd (+9);
artilleriya sistemləri – 48 519 ədəd (+68);
reaktiv yaylım atəş sistemləri – 2 056 ədəd (+2);
hava hücumundan müdafiə vasitələri – 1 586 ədəd (+1);
təyyarələr – 440 ədəd;
helikopterlər – 354 ədəd;
yerüstü robototexniki komplekslər – 2 368 ədəd (+16);
operativ-taktiki səviyyəli PUA-lar – 478 327 ədəd (+1 761);
qanadlı raketlər – 5 052 ədəd;
gəmilər/qayıqlar – 35 ədəd;
sualtı qayıqlar – 2 ədəd;
avtomobil texnikası və yanacaq çənləri – 138 773 ədəd (+554);
xüsusi texnika – 4 575 ədəd (+6).
