25
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ötən gecə ölkənin müxtəlif regionları, həmçinin Qara və Azov dənizlərinin akvatoriyası üzərində 351 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Kursk və Rostov vilayətləri, Krasnodar və Stavropol diyarları, Adıgey Respublikası və Krım ərazisi, eləcə də Azov və Qara dənizlərin akvatoriyası üzərində zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi PUA-ların hamısının təyyarə tipli olduğunu bildirib.
