Çinin cənubunda yerləşən Quansi-Çjuan Muxtar Rayonunda tayfun “Narra” səbəbindən 54 min nəfər təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, güclü yağışlar və lokal daşqın təhlükəsi ilə əlaqədar əhalinin təhlükəsiz ərazilərə köçürülməsi qərara alınıb. Rayonun bəzi yaşayış məntəqələrində artıq genişmiqyaslı su basmaları qeydə alınıb.
Rəsmi məlumatlara görə, bölgədə təxminən 61 min nəfər yüksək risk zonasında yaşayır. Hakimiyyət orqanları insan tələfatının qarşısını almaq və təbii fəlakətin maddi zərərini minimuma endirmək üçün tədbirləri davam etdirir.
Reuters də “Narra” tayfununun Quansidə güclü yağışlara və genişmiqyaslı daşqınlara səbəb olduğunu, qarşıdakı günlərdə əlavə yağıntıların gözlənildiyini bildirir.
