28
Keniyanın Samburu dairəsində göyərtəsində yeddi turistin olduğu helikopter qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, “The Star” qəzetinin polisə istinadən verdiyi məlumata görə, hadisə Ololokve dağının ətəyində yerləşən Kiriş yaşayış məntəqəsi yaxınlığında baş verib.
Şahidlər qəza yerindən tüstü qalxdığını və yanğın olduğunu bildiriblər. Yerli sakinlər və xilasedicilər hadisə yerinə yollanıb. Lakin dağlıq relyef xilasetmə əməliyyatını çətinləşdirir.
Helikopterdə olan şəxslərin vətəndaşlığı hələlik açıqlanmayıb. Qəzanın səbəbləri araşdırılır.
Məlumata görə, xilasetmə işlərinə qoşulmaq üçün hadisə yerinə daha bir helikopter göndərilib.
