Türkiyənin YENİ Partiyasının deputatı Melih Meriç Qaziantepdə bıçaqlı hücuma məruz qalaraq yaralanıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin keçmiş CHP Oğuzeli rayon təşkilatının sədri Seydi Ahmet Keleş tərəfindən törədildiyi bildirilir. Yaralanan deputat Qaziantep Şəhər Xəstəxanasına çatdırılıb. Onun əməliyyatının uğurlu keçdiyi və səhhətinin yaxşı olduğu açıqlanıb.
Qaziantep valisi Kemal Çeber hadisəni törətməkdə şübhəli bilinən Keleşin axtarıldığını bildirib. Məlumata görə, onun 27 cinayət qeydiyyatı var.
İlkin məlumata əsasən, hadisədən əvvəl Meriç və Keleş arasında telefon danışığı olub. Tərəflər arasında mübahisə yarandığı, daha sonra Meriçin Keleşin olduğu yeri soruşduğu və onun deputata ünvanını göndərdiyi bildirilir. Hücumun Keleşin yaşadığı evin qarşısında baş verdiyi qeyd olunur.
Həmçinin deputatın icazəsi ilə hadisə zamanı mühafizəçisinin onun yanında olmadığı bildirilib.
