36
Londonun ICE birjasında oktyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2026-cı il iyulun 30-dan bəri ilk dəfə 1 barel üçün 92 dolları ötüb.
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Brent neftinin qiyməti 92,09 dollar olub. Eyni zamanda, sentyabr ayı üçün WTI markalı neftin fyuçersləri 1,46% bahalaşaraq 1 barel üçün 84,96 dollara çatıb.
