28
Hindistanın Bihar ştatında pələngin fermerə hücumu yerli sakinlərin etirazına və qarşıdurmaya səbəb olub.
Ucnoqta.az xəbər verir ki, Hindustan Times qəzetinin məlumatına görə, 45 yaşlı fermerin meyiti pələng qoruğunun yaxınlığındakı Berihari kəndində kənd təsərrüfatı sahəsində aşkarlanıb.
Fermerin ölüm xəbəri yayıldıqdan sonra kənd sakinləri yerli magistral yolu bağlayıb, meşə təsərrüfatı əməkdaşlarına hücum edib və quruma məxsus avtomobilə ziyan vurublar.
Qəzet qeyd edib ki, Hindistanda vəhşi heyvanların insanlara hücumlarının artması əhali arasında narahatlığı artırır. Avqustun əvvəlindən ölkənin qoruq ərazilərində pələng, kərgədan və timsahların hücumu nəticəsində bir neçə fermerin öldüyü bildirilib.
