Avqustun 19-na keçən gecə Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərbələr nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb.
Hücumlar nəticəsində yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib, zərbələrin qeydə alındığı ərazilərdə yanğınlar baş verib. Şəhərə hücum səhər saatlarınadək davam edib.
Səhər saatlarında Rusiya qüvvələrinin idarəolunan aviasiya bombası Zaporojyenin rayonlarından birində fərdi yaşayış evini dağıdıb. Zərbə nəticəsində yanğın baş verib, partlayış dalğası və dağıntılar yaxınlıqdakı evlərə və yardımçı tikililərə də ziyan vurub.
Əvvəlcə dağıntılar altında bir nəfərin qala biləcəyi bildirilsə də, sonradan bu məlumat təsdiqlənməyib.
