Zimbabve hökuməti avqustun 11-də Kariba su anbarında baş verən və 84 nəfərin ölümü ilə nəticələnən bərə qəzasının səbəblərini araşdırmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ZBC telekanalı nəqliyyat və infrastrukturun inkişafı naziri Feliks Mxonoya istinadən məlumat yayıb.
Qərbi Maşonaland əyalətinin dövlət naziri Marian Çombo isə batmış bərədə olan sərnişinlərin yaxınlarını onların taleyi barədə hakimiyyət orqanlarına məlumat verməyə çağırıb. Onun sözlərinə görə, gəmidə olan 67 nəfər xilas edilib.
Hazırda Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir. Bərənin göyərtəsində dəqiq neçə nəfərin olduğu isə hələ rəsmi şəkildə açıqlanmayıb. Əvvəlcə gəmidə təxminən 160 nəfərin olduğu bildirilsə də, sonradan onların sayının 100-dən çox olduğu qeyd edilib.
