Böyük Britaniya bir sıra Afrika ölkələrinə, həmçinin Suriyaya göstərdiyi birbaşa iqtisadi yardımı 40%-dən çox azaltmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, buna səbəb yardım üçün ayrılan vəsaitin ümumi milli gəlirin (ÜMG) 0,5%-dən 0,3%-ə endirilməsidir.
London bu qərarı ötən il qəbul edib. Ayrılan vəsaitin bir hissəsinin müdafiə və təhlükəsizliyin gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Nəşrin hesablamalarına görə, Afrika və digər ölkələrə proqramlar çərçivəsində göstərilən Britaniya yardımının ümumi həcmi 2024–2025 maliyyə ilindəki 3,14 milyard funt sterlinqdən 2028–2029-cu ildə 1,79 milyard funt sterlinqə qədər azalacaq. Bu, təxminən 43%-lik azalma deməkdir.
Ən böyük ixtisarların Sierra Leone (83%), Somali (49%) və Cənubi Sudana (46%) aid olacağı bildirilir. Suriyaya yardım 55%, Əfqanıstana isə 39% azalacaq.
