35
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) ilkin hesabatına əsasən, iyul ayında Yunanıstanda Ryanair aviaşirkətinə məxsus təyyarədə baş verən insidentə quşla toqquşma səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, New York Post qəzetinin məlumatına görə, uçuş zamanı təyyarənin sağ mühərrikindəki pərlərdən biri qoparaq gövdəyə çırpılıb və pəncərələrdən birini sındırıb. Nəticədə sərnişinlərdən biri xəsarət alıb.
İstintaq qrupu mühərrikin daxilində quşa aid qalıqlar və lələklər aşkar edib. Bioloji nümunələr quşun hansı növə aid olduğunu müəyyənləşdirmək üçün mütəxəssislərə göndərilib.
NTSB araşdırmanı davam etdirir. Mütəxəssislər quşla toqquşmanın insidentin əsas səbəbi olub-olmadığını dəqiqləşdirməyə çalışırlar.
