Avqustun ikinci yarısı dörd bürc üçün maliyyə baxımından uğurlu ola bilər.
Ucnoqta.az xəbər evrir ki, astroloq Yelena Maksimovanın proqnozuna görə, onların gözlənilməz gəlir, sərfəli təklif və ya yeni qazanc mənbəyi əldə etmək şansı olduğu bildirilir.
Buğa – gəlirlərin artması, yeni iş və ya əlavə qazanc imkanı yarana bilər.
Şir – bacarıqlarının qarşılığında daha yüksək qazanc əldə edə, sərfəli təkliflə qarşılaşa bilər.
Əqrəb – gözlənilməz maliyyə gəliri, yeni müştəri və ya sərfəli əməkdaşlıq ehtimalı qeyd olunur.
Oxatan – gəlirləri artırmaq üçün bir neçə fürsətlə qarşılaşa bilər. Astroloq seçim edərkən yalnız sürətli qazanca deyil, uzunmüddətli perspektivə də diqqət yetirməyi tövsiyə edir.
Qeyd: Bunlar astroloji proqnozlardır və elmi əsaslı maliyyə proqnozu kimi qəbul edilməməlidir.
