34
Oman sahillərində yük gəmisi atəşə tutulub və nəticədə gəmidə yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmilərinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Oman ərazisində Xasab şəhərindən 18 dəniz mili şərqdə baş vermiş insidentlə bağlı məlumat alıb. Yoxlanılmış mənbədən əldə edilən məlumata görə, gəmi naməlum mərmi ilə vurulub və nəticədə göyərtədə yanğın baş verib. Yanğın söndürülüb”, – deyə mərkəzdən bildirilib.
UKMTO əlavə edib ki, ekoloji zərər barədə məlumat daxil olmayıb. Gəmi və ekipajın təhlükəsiz vəziyyətdə olduğu bildirilir.
Gəminin növü və adı açıqlanmayıb.
