Avropada müşahidə olunan ekstremal isti hava iqtisadiyyat üçün ciddi riskə çevrilib. Açıq havada işləməkdən asılı olan sənaye sahələrini sıradan çıxarır və işçilərin mühafizəsi sistemlərindəki çatışmazlıqları üzə çıxarır.
Ucnoqta.az xəbər verir ki, bu barədə EUobserver portalı məlumat yayıb.
Avropa Ətraf Mühit Agentliyinin (EEA) iqlim dəyişikliyinə uyğunlaşma üzrə eksperti Hans Martin Füssel bildirib ki, həddindən artıq isti Avropanın sağlamlıq sistemi və iqtisadiyyatı üçün ciddi təhlükə yaradır və bunun əhəmiyyətli makroiqtisadi, eləcə də büdcə nəticələri ola bilər.
Allianz SE sığorta şirkətinin təhlilinə əsasən, 2030-cu ilədək yay aylarında müşahidə olunan ekstremal istilər səbəbindən ən böyük maliyyə itkiləri Fransada qeydə alına bilər. Hesabata görə, ölkədə təxminən 240 milyard dollarlıq iqtisadi istehsal riski altındadır. İtaliya, İspaniya və Almaniyanın da ciddi zərər görəcəyi proqnozlaşdırılır.
EEA-nın iqlim üzrə eksperti Arianna Cannetti isə vurğulayıb ki, ekstremal isti və istilik dalğaları müxtəlif sahələr və bütövlükdə iqtisadiyyat üçün sistemli risklər yaradır.
