29
Livanın cənubunda son saatlarda İsrail ordusu tərəfindən bir sıra hava və artilleriya zərbələri endirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Əl-Mənsuri yaşayış məntəqəsi üç hava zərbəsi və artilleriya atəşinə məruz qalıb. Bundan əlavə, Tir şəhəri yaxınlığında yerləşən Burc əş-Şimali qəsəbəsinə azı dörd hava zərbəsi endirilib.
Livan tərəfinin bildirdiyinə görə, Tir şəhərinin tibb müəssisələrinə azı dörd yaralı yerləşdirilib.
