Ölkədə “card-to-card” əməliyyatlarına müəyyən məhdudiyyətlər gətirilib. İnsanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərli qeyd edir ki, istənilən məhdudiyyətlərdə alternativlər də olur:
“Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks-effekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni köhnə vəziyyətə qayıdacaq. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil – yəni “saça kəpək dəndə, başı kəsmirlər, səbəbini tapıb, müalicə edirlər”.
