30
Çinin şimalındakı Çinqhai əyalətində 5,8 və 5,6 bal gücündə iki zəlzələ baş verib.
Ucnoqta.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Mərkəzin məlumatına görə, birinci zəlzələnin episentri Xininq şəhərindən 242 kilometr cənub-qərbdə olub. Episentr 10 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələnin episentri həmin şəhərdən 249 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
