Fruktoza piylənməyə, diabetə və hipertoniyaya səbəb olur
Ucnoqta.az xəbər verir ki, bu barədə Kolorado Universitetinin alimlərinin araşdırmasının nəticələri Philosophical Transactions jurnalında dərc olunub.
Fruktoza təbii olaraq meydana gələn şəkərdir, əsasən meyvələrdə (alma, xurma, əncir, armud və gavalı), həmçinin tərəvəzlərdə (məsələn, artishok, qulançar, göbələk, soğan və qırmızı bibər), balda, şəkər çuğundurunda, və şəkər qamışında var.
Tədqiqatçılar müəyyən ediblər ki, fruktoza digər qida maddələrindən fərqli fəaliyyət göstərir və mitoxondriləri zədələməklə aktiv enerjini azaldır. Bu şəkər qida qəbulunu stimullaşdırır və istirahət zamanı enerji mübadiləsini azaldır.
Beləliklə, nəticələr göstərir ki, fruktoza qəbulu çəki artımına, insulin müqavimətinə, yüksək qan təzyiqinə və qaraciyərin yağlanmasına səbəb ola bilər.
