33
İsrail Baş naziri Binyamin Netanyahunun dəftərxanası ölkənin siyasi rəhbərliyinin Qəzza zolağına beynəlxalq qüvvələrin göndərilməsini təsdiqlədiyi barədə məlumatları təkzib edib.
Ucnoqta.az xəbər verir ki, Baş nazirin dəftərxanasının yaydığı açıqlamada bildirilib ki, yayılan məlumatların əksinə olaraq, İsrailin siyasi rəhbərliyi beynəlxalq qüvvələrin Qəzza zolağına yerləşdirilməsinə razılıq verməyib.
Bundan əlavə, İsrail tərəfi HƏMAS tam şəkildə tərksilah edilməyənədək Qəzza zolağının bərpasına başlanılmayacağını açıq şəkildə bəyan edib.
