Bakıda ər arvadını bıçaqlayıb

03:52 - 7 May 2020 - HADİSƏ

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Telnov küçəsində qeydə alınıb. 43 yaşlı Vüsalə Fətəliyeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti