Ağsuda 2 otaqlı ev yanıb

19:31 - 25 Yanvar 2020 - HADİSƏ

Ağsu rayonunda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti