ATV telekanalının əməkdaşı Kəmalə Üzeyirova dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun iş yoldaşları sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, Kəmalə Üzeyirova 1 həftə əvvəl qəfil insult keçirib. Koma halında müalicə alan K.Üzeyirova mayın 23-ü həyatını itirib.