Müğənni Cavanşir Məmmədov VƏFAT ETDİ

13:27 - 20 Aprel 2024 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, bu gün saat 12:03-də Cavanşir Məmmədovla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

Xəbər xətti