Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərib - FOTO

15:55 - 16 Aprel 2024 - Xəbər

Martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar.

Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.

Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.

Xəbər xətti