Şəkidə Türkiyə vətəndaşına məxsus “TIR” yanıb

16:46 - 2 Dekabr 2023 - ÖLKƏ İÇİ

Şəkidə Türkiyə vətəndaşına məxsus “TIR” yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Çayqaraqoyunlu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Alp Büyükkabakcının hərəkətdə olan “TIR” markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın zamanı yük avtomobilinin ön hissəsinin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti