Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökumətindəki xarici işlər naziri Əmir Xan Möttəki Moskvaya gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Hafiz Ziya Əhməd məlumat verib.
“Bu gün xarici işlər naziri Əmir Xan Möttəkinin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının rəsmi dəvəti ilə Moskvaya gedib. Əfqanıstan üzrə məsləhətləşmələrin Moskva formatında iştirak edir” -XİN nümayəndəsi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Möttəki iki gün Moskvada qalacaq, bundan sonra Kazana gedəcək.