Putin “rəqəmsal pasport” haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, prezident Vladimir Putin “Dövlət xidmətlərii” mobil proqramından istifadə etməklə şəxsiyyəti təsdiq edən sənədlərin elektron formada təqdim edilməsini pasportun kağız versiyasına bərabərləşdirib. Müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Dövlət başçısı hökumətə üç ay müddətində FSB ilə razılaşdırmaqla mobil proqramdan istifadə etməklə təqdim oluna biləcək sənədlərin siyahısını, tətbiqdən istifadə qaydasını, habelə təqdim olunmuş məlumatların emalı qaydasını müəyyən etməyi tapşırıb.