“Whatsapp”da yeni funksiya

14:04 - 21 Mart 2023 - DİGƏR

“Whatsapp”da mesajları sancaqlamaq funksiyası olacaq

Ucnoqta.az xəbər verir ki, WABetaInfo portalının mütəxəssisləri yeni variantın hazırlanmasından danışıblar. Bu yenilik sayəsində istifadəçilər mesajları pin edə biləcəklər.

Mütəxəssislər bildiriblər ki, messencerdə vacib mesajları çatlarda sancaqlamağa imkan verən funksiya olacaq. Bunu etmək üçün, ekspertlərin qeyd etdiyi kimi, mesaj parametrlərində "Pin" hərəkətini seçmək lazımdır.

WABetaInfo bildirib ki, “sancaqlamadan sonra söhbətdə mesajın bərkidilməsini göstərən kiçik bir işarə görünəcək və o, tez daxil olmaq üçün söhbətin yuxarı hissəsində göstəriləcək”.

Mesajları sancaqlamaq imkanı hazırda Android cihazları üçün inkişaf mərhələsindədir. Yeni funksiyanın nə vaxt geniş istifadəçilər üçün əlçatan olacağı hələlik məlum deyil.

Xəbər xətti