Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik - İsrail XİN

14:48 - 27 Yanvar 2023 - SİYASƏT

Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat “Twitter“də paylaşım edib.
"Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik."

Xəbər xətti