Ermənilərin verdiyi mina xəritələrinin 75 faizi istifadəyə yararsızdır

Azad olunmuş ərazilərdə minalar çox ciddi humanitar təhdiddir, itkilər var.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

O bildirib ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: “Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir”.

Onun sözlərinə görə, son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub: “390709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var ki bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40000 hektardır. Hansı ki bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.

Tarix
5 Oktyabr 2022 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-10-05 15:17:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin