Şamaxıda avtomobil aşıb, ölən və yaralananlar var

Şamaxı rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

Ucnoqta.az xəbər verir ki,"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 14-ü saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acidərə kəndi ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasiətsi aşıb. Nəticədə avtomobildə olan sərnişin paytaxt sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rauf Ramiz oğlu hadisə yerində ölüb. Digər sərnişinlər, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Abdullayeva Pərvanə İsgəndər qızı və 1973-cü il təvəllüdlü Yusifova Könül Abasqulu qızı bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Tarix
15 Avqust 2022 [09:26]
Müəllif
Üç nöqtə
2022-08-15 09:26:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin