Məhkəmə gömrük generalını həbsdə saxladı

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ehtiram Xəlilov barəsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Tarix
30 İyun 2022 [16:56]
Müəllif
Üç nöqtə
2022-06-30 16:56:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin