Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

14:43 - 23 İyun 2022 - Xəbər

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-na kimi təlimə çağırılır.

Ucnoqta.az erməni mətbuatına istinadla xəbər verir ki, təlimlərə 1444-ə qədər ehtiyatda olan hərbçi və 134 nəqliyyat vasitəsi cəlb olunacaq.

Bildirilir ki, təlimin keçirilməsində məqsəd ehtiyatda olan hərbçilərin hərbi bacarıqlarının təkmilləşdirilməsidir.

Xəbər xətti