Rusiyanın iki ən müasir tankı belə məhv edildi - VİDEO

22:58 - 15 İyun 2022 - HADİSƏ

Rusiyanın iki müasir T-90 tankının koordinatları PUA vasitəsilə təyin edilərək məhv edilib

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, iki ən müasir T-90 “Vladimir” tankı “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə məhv edilib.

“Dünyanın ikinci ordusunun xüsusilə fəxr etdiyi tanklar Amerikanın “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə məğlub edilib”, - məlumatda qeyd olunub.

Kadrlardan görünür ki, döyüş gedən qəsəbənin bir neçə küçəsinə səpələnən bir “Vladimir” parça-parça olub. Digər “Vladimir” tankı da eyni qaydada vurulub.

Xəbər xətti