Azərbaycanlı müğənni “Galendewagen”lə QƏZA TÖRƏTDİ - FOTO

11:06 - 27 May 2022 - HADİSƏ

Müğənni Aytac Vidadiqızı ağır avtomobil qəzası keçirib. 

Ucnoqta.az  xəbər verir ki, sənətçinin “Galendewagen” markalı avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Onun idarə etdiyi maşın yararsız hala düşüb.

Hər iki avtomobilə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, ifaçı bir müddət əvvəl etdirdiyi bədən şəkilləndirmə əməliyyatı ilə gündəmə gəlmişdi. ///Baku.ws


Xəbər xətti