İsmayıllı sakinindən odlu silah götürülüb

12:24 - 16 Yanvar 2022 - HADİSƏ

İsmayıllı sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti