Mediasiya Şurasında "Açıq qapı" günləri təşkil olunacaq - QƏRAR

21:49 - 28 Noyabr 2021 - Cəmiyyət

Mediasiya Şurası (MŞ) İdarə Heyəti sədrinin qərarı ilə iş bölgüləri üzrə ictimai şəffaflığın təmin edilməsi məqsədi ilə hər həftənin 3-cü günü Şuranın ofisində "Açıq qapı" günü elan edilib.

Ucnoqta.az xəbər verir ki, istənilən mediator, hüquqşünas, vəkil hər həftənin 3-cü gun saat 09:00-dan 18:00-a dək Şuranın ofisinə gələrək bu günədək olan, davam edən və bundan sonra da olan iş bölgüsünün monitorinqini edib, yerində proseslərlə tanış ola bilər. MŞ işlərin bölgüsü üzrə tam ədalətli və şəffaf fəaliyyətini ictimai nəzarət prinsipləri ilə qiymətləndirilməsi üçün bundan sonra da səylərini davam etdirəcək. Şuranın fəaliyyətdə açıqlıq və şəffaflıq bir nömrəli prioritetlərdəndir.

Qeyd edirik ki, hər həftənin 2-ci günü 16:30-da İdarə Heyətinin sədri Nadir Adilov ilə mediatorların ənənəvi görüşləri də davam edəcək.

Xəbər xətti