Yeni dövlət standartı təsdiq edilib

Toxum və əkin materialları sahəsində beynəlxalq standartlara uyğun tənzimlənməni təmin etmək məqsədilə AZS 130-2021 “Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları. Qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları” dövlət standartı təsdiqlənib.

Ucnoqta.az xəbər verir ki, standart “Toxum və əkin materialları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 130-2005 “Kənd təsərrüfatı bitkiləri toxumları. Qəbul qaydaları və toxumlardan nümunələrin götürülmə üsulları” dövlət standartı qüvvədən düşüb.

Kənd təsərrüfatı bitkilərinin (pambıq, dərman bitkiləri, gül bitkiləri və efir yağlı bitkilər istisna olmaqla) toxumlarına şamil olunan yeni standart səpin keyfiyyətini təyin etmək üçün qəbul qaydalarını və nümunə götürmə metodlarını müəyyən edir.

Tarix
27 Oktyabr 2021 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-27 18:07:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin