Hazır yeməyin içindən insan gözü çıxdı - FOTO

18:33 - 26 Oktyabr 2021 - DÜNYA

İngiltərədə Martin Ford adlı inşaat işçisi bişirilmiş lobya konservində insan gözü tapıb.

Gördüklərindən təəccüblənən işçi həmin andan bəri özünə gələ bilmədiyini bildirib.

"Az qala huşumu itirəcəkdim, o vaxtdan özümü xəstə hiss edirəm. İşdən yorğun çıxdığım üçün hazır yemək qərarına gəldim. Lobyanı çox sevirdim. Ancaq bundan sonra lobya yeyə biləcəyimi düşünmürəm", - deyə M.Ford bildirib.

Şirkət rəsmiləri isə bildirib ki, konserv bankasına havanın keçməsi onda gözəbənzər kif yaradıb:

"Şəkildə kif görünür ki, bu da havanın daxil olmasına imkan verən kiçik bir dəlikdən yarana bilər. Konservin deşilməsi nadir haldır. Çox güman ki, bu, konserv qutusu yolda və ya anbarda olarkən baş verib. Daha ətraflı araşdırmaq üçün istehlakçı ilə əlaqə saxlayacağıq. Yaranan hər hansı narahatlığa görə səmimi olaraq üzr istəyirik".///unikal.org

Xəbər xətti