Bu rabitə xidmətinin fəaliyyəti dayandırılır - Noyabrın 15-dən ...

Noyabrın 15-dən etibarən "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") öz xidməti ərazisində CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq.

"Baktelecom"dan verilən məlumata görə, qərar CDMA texnologiyasının əhəmiyyətli dərəcədə köhnəlməsi, xidmətə tələbatın azalması, müasir və dayanıqlı texnologiyalara keçid strategiyasına uyğun olaraq verilib.

"Hazırda "Baktelecom" tərəfindən əhatə dairəsi genişləndirilən "Evədək optika" layihəsi, sabit telefon və LTE (Long Term Evolution) simsiz rabitə şəbəkələri əhalinin telekommunikasiya xidmətlərinə tələbatını ödəməyə imkan verir. CDMA abunəçiləri aidiyyəti xidmət mərkəzlərinə gələrək və ya baktelecom.az saytı, həmçinin elektron hökumət portalı üzərindən onlayn şəkildə müraciət edərək mövcud alternativ rabitə xidmətləri əldə edə bilərlər", - "Baktelecom"dan bildirilib.

Tarix
19 Oktyabr 2021 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-19 11:24:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin