Noyabr ayından yalnız bu şəxslər ABŞ-a səfər edə biləcək

06:59 - 16 Oktyabr 2021 - DÜNYA

“Gələn aydan (noyabr - Red) ABŞ-a yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ya Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq edilən dərmanlardan biri ilə peyvənd olunan vətəndaşlar daxil ola biləcək”. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, qərar noyabrın 8-dən qüvvəyə minəcək: “Bu vaxta qədər ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşların COVID-19-a qarşı tam peyvənd olunması lazımdır”.///report

Xəbər xətti