Gəncədə iki piyadanı maşın vurub

00:35 - 26 Sentyabr 2021 - HADİSƏ

Gəncədə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə şəhərin Nizami məqbərəsinin yanında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolun kənarında olan iki nəfəri - 1982-ci il təvəllüdlü Usubov Elxan Səfər oğlunu və Azər adlı şəxsi vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, vurulan piyadalar avtomobilərinin nasaz olması səbəbindən yol kənarında maşını təmir edirmiş.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti