Lionel Messinin PSJ-dəki maaşı açıqlanıb

09:47 - 18 Sentyabr 2021 - İDMAN

Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messinin klubdakı maaşı bəlli olub.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilk ildə 30 milyon avro qazanacaq.

Argentinalı forvard növbəti iki mövsüm Paris təmsilçisində qalsa, sadiqlik bonusu sayəsində məvacibi 10 milyon avro artacaq.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. O, avqustun 5-də İspaniyanın "Barselona" klubundan ayrılıb.

Xəbər xətti