Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

15:48 - 4 Avqust 2021 - SİYASƏT

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qərar imzalayıb.

Qərara əsasən, Peter Miçalko Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təyin olunub. O, hazırda Aİ-nin Moldovadakı Nümayəndəliyinin rəhbəridir.

Daha əvvəl Peter Miçalko Slovakiyanın Yunanıstandakı səfiri olub.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri postunda çalışan Kestutis Yankauksak təşkilatın Qazaxıstandakı Nümayəndəliyin rəhbəri təyin olunub.

Xəbər xətti